Occupational Aesthetic Congress (OAC) estetik tibb sahəsində beynəlxalq miqyaslı ən önəmli tədbirlərdən biri kimi fərqlənir. Kongres, iştirakçılara estetik tibb və gözəllik sənayesindəki ən son texnologiyalar, təhlükəsizlik protokolları və funksional-regenerativ trendlər haqqında geniş və aktual məlumat əldə etmək imkanı yaradır. Həmçinin, qlobal və yerli brendlərin innovativ məhsulları və strategiyaları ilə tanış olmaq, sahənin aparıcı mütəxəssisləri ilə bir araya gəlmək üçün unikal platforma rolunu oynayır. OAC, həm peşəkar bilik və təcrübə mübadiləsi, həm də gənc mütəxəssislərin inkişafına dəstək məqsədi daşıyır.